Quranda hz. Yunusdan belə bəhs edilir:

Yunus da, həqiqətən, elçilərdəndir. O, qınanmağa layiq olduqda balıq onu uddu. (Saffat surəsi, 139-142)

Hz. Yunus peyğəmbər kimi göndərildiyi qövmünü tərk etmişdi. Yuxarıdakı ayələrdən göründüyü kimi, minmiş olduğu gəmidə sərnişinlər arasında püşk çəkilmiş və püşk nəticəsində onun dənizə atılmasına qərar verilmişdir. Yenə Quranda bildirildiyinə görə, dənizə atılan hz.Yunus nəhəng bir balıq tərəfindən udulmuşdur.

Balığın qarınında peşmançılıq hissi keçirən hz.Yunus Allah’a belə dua etmişdir:

Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya surəsi, 87)

Allah isə hz.Yunusun səmimi duasının əvəzində onu möcüzəvi şəkildə xilas etmişdir:

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! (Ənbiya surəsi, 88)

Hz. Yunusu Allah daha sonra da itaətli bir qövmün başına keçirmişdir:

Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 147-148)

Daha əvvəlki hissələrdə Allah’ın duanı qəbul edərkən bunu müəyyən səbəblərə bağladığını, ancaq istəsə, səbəbsiz də istənilən şeyi reallaşdıra biləcəyini söyləmişdik. Bu, göylərin və yerin Rəbbi olan Allah üçün son dərəcə asandır. Allah hz.Yunusun duasını qəbul edərkən də hər cür çətin kimi görünən şəraiti ortadan qaldırmış və hz.Yunusu balığın qarnından xilas etmişdir. Bu, insanın heç bir zaman Allah’ın rəhmətindən ümid kəsməməsi və həmişə Ona dua etməsi lazım olduğunun heyrətamiz dəlillərindən biridir. İnsan Rəbbimizə içdən yönəldiyi müddətcə qəti nəticə görəcək.