Mədyən və Əykə xalqına peyğəmbər kimi göndərilən hz. Şueyb Allah’ın sərhədlərini pozan qövmünü imana dəvət etmişdi. (Əraf surəsi, 85) Mədyən xalqının hz. Şueybə cavabı Nuh və Lut tayfasının cavablarından fərqli olmamışdı. Hz. Şueybin söylədiklərini qəbul etməyən qövm onu və digər möminləri yaşadıqları torpaqlardan sürgün etməklə təhdid etdi:

Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta nifrət etmiş olsaq belə?” (Əraf surəsi, 88)

Hz. Şueyb isə Mədyən xalqının laqeydliyini və təhdidlərini görüb Allah’a təvəkkül etdi və Ona belə dua etdi:

Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allah’a qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq (bir şey) deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allah’a təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə camaatımız arasında ədalətlə hökm ver. Axı Sən, hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 89)

Sonunda Lut və Nuh qövmünün başına gələnlər Mədyən xalqının da başına gəldi. Hz. Şueybin duasınını Allah qəbul etdi və Allah elçisini tanımayan qövm həlak etdi:

Onları dəhşətli sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. Şueybi yalançı sayanlar, sanki orada heç yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular. (Əraf surəsi, 91-92)