İsrail oğullarına peyğəmbər kimi göndərilən hz. Musa fironun zülmündən xilas olması üçün hələ körpə ikən anasına gələn vəhylə bir çaya buraxılmışdı. Firon və ailəsi çayda tapdıqları hz. Musanı övladlığa götürdülər. (Qəsəs surəsi, 7-8)
Hz. Musa fironun sarayında yetkinlik çağına çatdıqda digər peyğəmbərlər kimi Allah’dan "elm və hikmət" verildi. (Qəsəs surəsi, 14)
Quranda hz. Musanın Allah’a yönələrək dua etməsinə səbəb olan bir hadisə belə izah edilir:
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi. (Qəsəs surəsi, 15)
Ayədə izah edilən hadisə nəticəsində hz. Musa Allah’dan bağışlanma dilədi, bir daha günahkarlara kömək etməyəcəyinə dair Allah’a söz verdi:
(Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” (Qəsəs surəsi, 16-17)
Bu hadisənin eşidilməsindən sonra yaşadığı şəhərin öndə gələnləri hz. Musanı tutaraq öldürməyi planlaşdırdılar. Bunu öyrəndiyi zaman hz. Musa yenə Allah’a dua etdi:
Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi. (Qəsəs surəsi, 21)
Hz. Musanın duası qəbul edildi və Allah’ın yol göstərməsi ilə Fironun şəhərindən ayrılaraq daha etibarlı bir yerə getmək üçün yola çıxdı. Bu zaman da həmişə Allah’a yönəlmiş, həmişə Ona dua etmişdi:
O, Mədyən tərəfə yollanıb: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi. (Bir qədər sonra) qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!” (Qəsəs surəsi, 22-25)
Bu hadisələrdən sonra hz. Musa Mədyəndə məskunlaşdı. Bundan 8-10 ildən sonra ailəsi ilə birlikdə Mədyəndən ayrıldı. Yolda Tuva vadisi deyilən yerə gəldiyində ilk vəhyi aldı. Allah ona Firona getməsini və özünə dini təbliğ etməsini əmr etdi. Hz. Musanın “Qəsəs” surəsində Allah’a belə dua etdiyi bildirilir:
(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, (dediklərimi) təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”. (Qəsəs surəsi, 33-34)
Quranda bildirildiyinə görə, hz. Musa həyəcanının təbliğ vəzifəsini yerinə yetirməsinə mane olmasından çəkinmişdi. Bunun üçün də Allah’a dua etdi:
(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! Şübhəsiz ki, Sən bizi görürsən!” (Taha surəsi, 25-35)
Hz. Musanın bu səmimi duasının əvəzində Allah onu və qardaşını xüsusi müdafiə edəcəyini belə bildirmişdir:
(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”. (Qəsəs surəsi, 35)
Hz. Musanın Firona göstərdiyi möcüzələr Fironun yanındakı bəzi insanların iman etməsinə səbəb olarkən, Firon və qövmünün böyük hissəsi Allah’a qarşı təkəbbürlənməkdə israr edirdilər. Bununla bağlı hz. Musanın Allah’a belə dua etdiyi Quranda bildirilir:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər”. (Allah) dedi: “Hər ikinizin duası qəbul olundu. (Dəvətinizdə) möhkəm olun və nadanların yoluna uymayın!” (Yunus surəsi, 88-89)
Hz. Musanın yuxarıdakı duasından sonra Firon və onun ətrafındakı bütün inkar edənlər həlak edilmiş və İsrail oğulları Misirdən ayrılmışdılar. Misirdən çıxdıqdan bir müddət sonra hz. Musa qardaşı hz. Harunu yerinə qoyaraq, qırx günlük Tur dağına çıxdı. Burada özünə vəhyin gəlməsini gözlədi. (Əraf surəsi, 142) Vəhy gəlincə də Allah’a belə dua etdi:
“…Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Əraf surəsi 143)
Allah hz. Musanın bu istəyinə belə cavab verdi:
“…O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!” (Əraf surəsi, 143-144)
Hz. Musa Tur dağına gedərkən qövmündən məsul şəxs kimi qardaşı hz. Harunu buraxmışdı. Ancaq qövmü hz. Musanın gedişi ilə birlikdə zəiflik göstərərək Misirdəki bütpərəst inancları qəbul etdilər. Özlərinə buzov heykəli düzəltdilər və ona səcdə etdilər. Hz. Musa qövmünün buzova ibadət etməsindən sonra aralarından möminləri ayıraraq Allah’ın əvvəlcədən vəhy etdiyi görüşmə yerinə doğru yola çıxdı. Ancaq görüşmə yerinə çatmamışdan əvvəl, ayənin ifadəsi ilə, onları "dözülməz bir sarsıntı" tutunca Allah’dan özü və yanındakı möminlər üçün bağışlanma dilədi:
…Dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allah’dan) qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. (Əraf surəsi, 155-156)
Quranda hz. Musa ilə əlaqədar olaraq izah edilənlərə baxdığımızda, hz. Musanın dualarında ən çox diqqət çəkən məsələlərdən birinin onun səmimiyyəti olduğunu görürük. Allah’a səmimi olaraq dua etmiş və Ondan kömək diləmişdir. Allah hz. Musanı zamanla və hadisələrlə imtahan edərək böyük güc sahibi peyğəmbər halına gətirmişdir.
Yəni əvvəldən də vurğuladığımız kimi, duanın ən əhəmiyyətli şərtlərindən biri səmimiyyətlə edilməsidir. İnsanı bu yolda aldadan problemlərdən biri Allah’a qarşı utanaraq Ona bəzi günah ya da qüsurları etiraf edilməməsidir. Bəzi insanlar bunun təsiri ilə Allah’a dua edərkən çox "rəsmi" ruh halına malik olurlar. Ola bilsin utanma duyğusundan və ya təkəbbürlərinə görə Allah’a hər sirlərini açmırlar. Halbuki, Allah bizim hər cür qüsurumuzu, etdiyimiz, hətta ağılımızdan keçən hər cür səhv və anormal hərəkəti, fikri onsuz da bilir.
Buna görə Allah’a yönəlib hər sirrimizi Ona açmalıyıq. Allah’a qarşı duyulmalı dərin qorxu Allah’la qulu arasına "rəsmiyyət" yaradacaq maneə deyil, qulunu Allah’a təslimiyyətli və səmimi şəkildə yaxınlaşdıracaq amildir.