Quranda dörd yerdə hz. Əyyubdan bəhs edilir və onun səbri möminlərə nümunə göstərilir. Allah’dan vəhy alan və seçilmiş qul olan hz. Əyyub (Nisa surəsi, 163) ciddi bir xəstəliyə tutularaq çətinlik çəkmişdir. Ancaq hər cür ağır şəraitdə daim səbri və Allah’a olan etibarı ilə fərqlənmişdir. Allah onun bu xüsusiyyətini bütün möminlərə nümunə kimi göstərir:
... Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allah’a üz tutardı. (Sad surəsi, 44)
Hz. Əyyub tutulduğu xəstəliklə bərabər bir də şeytanın mənfi təlqini ilə qarşı-qarşıya qalmışdı. Ancaq hz. Əyyub səmimi olaraq Allah’a yönəlmiş və Ondan kömək diləyərək dua etmişdir:
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Sad surəsi, 41)
Başqa ayədə isə hz. Əyyubun duasından belə söz edilir:
Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 84)
Allah insanları çox fərqli şəkillərdə imtahan edir. Allah’ın saleh bəndələrindən biri olan hz. Əyyub da böyük çətinliklə sınanmışdır. Oxşar çətinliklər dünyadakı imtahan mühitində olan başqa möminlərin başına da gələ bilər. Bu səbəbdən bu cür vəziyyəyə düşən mömin hz. Əyyubun nümunəsində olduğu kimi, imtahanın forması və müddəti nə qədər böyük olsa da, Allah’ın insana daşıya bilməyəcəyi yükü verməyəcəyinin şüurunda olmalıdır.